Haqqımızda
“UĞUR ACADEMY” şəhid, qazi və sosial həssas qrupa aid olan ailələrin 9, 10 və 11-ci sinifdə təhsil alan övladları üçün nəzərdə tutulmuş tam ödənişsiz ali məktəb hazırlığıdır. Burada şagirdlər təhsil almaqla yanaşı, dərs vəsaitləri, test topluları, sınaq imtahanları və nəqliyyat xidməti ilə də ödənişsiz təmin olunurlar. Dərslər interaktiv lövhələrdə müşahidə yolu ilə öyrənmə şəklində keçirilir. Şagirdlərin dünyagörüşlü bir vətəndaş kimi yetişməsinə dəstək olmaq məqsədilə müxtəlif elm və mədəniyyət mərkəzlərinə ekskursiyalar təşkil olunur, mütəmadi olaraq bilik yarışları, viktorinalar, mədəniyyət və ədəbiyyatımızın sevilən simaları ilə görüşlər keçirilir.
Tədris
UĞUR ACADEMY-də Abituriyent hazırlığı 9, 10 və 11-ci sinifləri əhatə edir. Hazırlıqlar 1, 2, 3 və 4-cü qrupların müvafiq fənlərinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin açıqladığı proqrama uyğun şəkildə aparılır.
Məzunlar və Şagirdlər
2019-cu ildən tamamilə ödənişsiz şəkildə fəaliyyət göstərən kursumuzun artıq 200-dən artıq məzunu və aktiv 170 şagirdi var. Fəaliyyət göstərdiyimiz 6 il ərzində şagirdlərimizin qəbul nisbəti 95%-dən artıq olmuşdur.
Sosial Fəaliyyətlər
Ödənişsiz abituriyent hazırlığı kursumuzda şagirdlərimiz dərslərlə yanaşı müxtəlif sosial fəaliyyətlər ilə məşğul olurlar. Kursumuzda mütəmadi olaraq bilik yarışları, müxtəlif seminarlar, gəzintilər və s. təşkil edilir.