Badam Bağları

Uğur badam bağları MMC tərəfindən 2021-ci ilin dekabr ayında Oğuz rayonu ərazisində 120 hektarlıq ərazidə 80 000 ədəd tingdən ibarət müasir badam bağları salınıb.

Fransız badam sortları

İntensiv əkin formasında (5x3 metr) salınmış bağlarda “Ferragnes”, “Ferraduel”, “Avijor Lauren” kimi məhsuldar fransız badam sortları əkilib.

Badam bağlarının suvarılması üçün məsafədən idarəetməli, tam avtomatlaşdırılımış, ən müasir damcılı suvarma sistemlərindən – İsrailin “NETAFİM” şirkətinin istehsalı olan suvarma sistemlərindən istifadə olunur. Həmçinin 2025 ci ildə Türkiyənin “Kadıoğlu” firmasından müasir badam soyma, badam qurutma avadanlıqları alınaraq quraşdırılmışdır ki, bu da yığılan məhsulun lazımi nəmliyə gətirilərək uzunmüddətli saxlanılmasını təmin etmişdir. Bu təsərrüfata qulluq üçün İtaliya və İspaniya istehsallı ən müasir kənd təsərrüfatı texnikalarından, “Haifa”, “Basf”, “Bayer” kimi tanınmış firmaların istehsalı olan gübrələrdən istifadə olunur. Ölkənin badama olan tələbatını ödəməklə yanaşı ixrac potensialına da malik badam bağları xüsusi kamera sistemi vasitəsilə 24 saat müşahidə altındadır.
 Bu layihə Oğuz rayonunda məşğulluğun təmini istiqamətində də önəmli addımdır. Belə ki, “Uğur badam bağları” MMC-nin bu layihəsi çərçivəsində 20 nəfər daimi, 150-200 nəfər isə mövsümi işlə təmin olunur.

Gələcəkdə, badam bağı təsərrüfatının məhsul verməsi və genişlənməsi sayəsində bu rəqəmlərin bir neçə dəfə artması gözlənilir.

Qeyd edək ki, şirkətin fəaliyyəti təkcə badam bağlarının salınması ilə məhdudlaşmır. “Uğur badam bağları” MMC eyni zamanda Oğuz rayonunda 340 hektarlıq bir ərazidə dənli bitkilərin becərilməsini də həyata keçirir.
 
Biz hər zaman sizə kömək etməyə və suallarınızı cavablandırmağa hazırıq